Bank VTB (Azərbaycan) nağd pul krediti üzrə yeni aksiyaya start verir
FED.az xəbər verir ki, 10 illik yubileyi çərçivəsində bank VTB (Azərbaycan) nağd pul krediti üzrə yeni “Yubiley” aksiyasına start verir. Aksiyanın şərtlərinə əsasən, müştərilər illik 10% ilə kredit əldə edə bilər. Aşağı faiz dərəcəsi ilk üç ay müddətində - 25 noyabr 2019-cu ildən 25 fevral 2020-ci ilədək qüvvədədir. Bu müddət başa çatdıqdan sonra kredit üzrə faiz dərəcəsi illik 24% təşkil edəcək.
Eləcə də bax:“Bank VTB Azərbaycan” ödəniş kartları üzrə aksiyanın müddətini uzadıb
Kredit milli valyutada və 10 000 manatadək verilir. Kreditin müddəti 6 aydan 3 ilədəkdir. Buna görə, bank VTB (Azərbaycan)-ın istənilən filialına müraciət etmək və ya +99455 2140986 nömrəli WhatsApp, eləcə də bankın saytı vasitəsi ilə sifariş etmək mümkündür.
“Yubiley - əlamətdar bir tarixdir və biz istəyirik ki, ad günümüz nəinki bank üçün, eləcə də bütün müştərilərimiz üçün özəl olsun. Məhz, buna görə biz müştərilərimizə endirilmiş faiz dərəcəsindən yararlanmağı, bununla da kredit üzrə xərclərini azaltmağı təklif edirik” – deyə, bank VTB (Azərbaycan)-ın satış, şəbəkənin inkişafı və müştərilərə xidmət idarəsinin rəisi Pərviz Rəsulov bildirib.