23 dekabr 2019-cu il tarixində keçirilən bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar yığıncağının qərarına əsasən Dyaçenko Andrey Nikolayeviç bankın Müşahidə şurasının yeni üzvü təyin edilib. Bununla da Müşahidə şurasının tərkibi aşağıdakı qaydada təsdiqlənib:
Eləcə də bax: "Bank VTB" (Azərbaycan) iki filialının - İŞ REJİMİNİ YENİLƏYİB
Bortnikov Denis Aleksandroviç – Müşahidə şurasının sədri
Tsaryev Sergey Vladimiroviç - Müşahidə şurasının sədrinin müavini
Dyaçenko Andrey Nikolayeviç - Müşahidə şurasının üzvü
Qeyd edək ki, hazırda Denis Bortnikov bank VTB (PSC)-nin prezidentinin-idarə heyətinin sədrinin müavini vəzifəsində çalışır, Sergey Tsaryev və Andrey Dyaçenko isə VTB (PSC)-nin idarəedici direktorlarıdır.