VTB Bank (Azerbaijan)» 2021-ci ilin 9 ayında aktivlərini 10%, xalis mənfəətini 52% artırıb.
FED.az xəbər verir ki, «VTB Bank (Azerbaijan)» ASC 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 10% artıraraq 206 milyon 152 min manata yüksəldib.
Eləcə də bax: Azərbaycan bankları 3-cü rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
Bankın hesabatında qeyd olunur ki, hesabat dövründə kredit portfeli 16,9% artaraq 147,175 milyon manata çatıb.
Bankın istehlak kreditləri üzrə portfeli 47 milyon 773 min manat (2 dəfə artım), biznes kreditləri üzrə portfeli 76 milyon 415 min manat təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 137 milyon 775,44 min manat (artım 11,6%), depozit portfeli 86 milyon 538,77 min manat (artım 14,9%), o cümlədən fiziki şəxslərin əmanətləri 45 milyon 918,65 min manat təşkil edir (artım 17,2%).
Oktyabrın əvvəlinə bankın kapitalı 68 milyon 223 min manat (artım 6,96%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
9 ayda fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 920,52 min manat təşkil edib.