VTB (Azərbaycan)-ın Müşahidə Şurası bankın idarə heyətinin yeni tərkibini təsdiqləyib.
VTB (Azərbaycan)-nın Mətbuat xidmətindən FED.az-a daxil olmuş məlumata görə, VTB (Azərbaycan)-ın Müşahidə Şurası korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilovu və pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitri Qalaşevı bankın idarə heyətinin üzvü vəzifələrinə təyin edib.
Yasin Cəlilov “beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə “Xəzər” universitetini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Azərbaycan Dövlət Neft Akademiyasının maqistr dərəcəsinə sahibdir. Həmçinin, 2015-2018-ci illərdə Böyük Britaniyanın “Warwick Business School” ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib. 1996-cı ildən etibarən bank sahəsində çalışır, Azərbaycan Beynəlxalq Bankında rəhbər vəzifələrdə işləyib. 2018-ci ildən bank VTB (Azərbaycan)-ın korporativ biznesin inkişafı departamentinə rəhbərlik edir.
İdarə heyətinin üzvü kimi Yasin Cəlilov korporativ biznes istiqamətləri, o cümlədən KOS sahəsində müştərilərlə iş, məhsulların hazırlanması, eləcə də təhlil və hesabat kimi istiqamətlərə nəzarət edəcək.
Dmitri Qalaşev “mühəndis-iqtisadçı” ixtisası üzrə Kostroma texnoloji universitetini bitirib. VTB Qruda 2004-cü ildən, VTB (Azərbaycan)-da isə 2017-ci ildən etibarən çalışır.
O, bankın pərakəndə biznesinə, o cümlədən bank məhsullarının satışı, şəbəkə və müştəri xidmətlərinin inkişafı, eləcə də bankın pərakəndə müştərilərinə məsafəli xidmətin inkişafına rəhbərlik edəcək.