“Bank VTB Azərbaycan” ASC bu ilin I rübünü 179 min manat mənfəətlə başa vurub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 87,2 % və yaxud 7,8 dəfə azdır.
Yanvar-mart aylarında “Bank VTB Azərbaycan”nın gəlirləri 5,381 milyon manat (illik müqayisədə 3,8 dəfə çox), xərcləri 6,011 milyon manat (26,5 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 809 min manat (5,85 dəfə az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il aprelin 1-nə “Bank VTB Azərbaycan”nın aktivləri 184,381 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 11,8 % çoxdur. Bunun 102,996 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 83,1 % böyüyüb.
Hesabat dövründə “Bank VTB Azərbaycan”nın öhdəlikləri 16,1 % artaraq 120,251 milyon manata, o cümlədən depozit portfeli 6,9 % artaraq 66,2 milyon manata, balans kapitalı isə 4,6 % artaraq 64,13 milyon manata çatıb.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur. (Report)