Bank VTB (Azərbaycan) fiziki şəxslər üçün premium kartlar üzrə xidmət haqqını 40% aşağı salıb. Belə ki, indi Visa Gold kartı üzrə 3 illik xidmət haqqı 70 manatdan 45 manata, Visa Platinum kartı üzrə isə 140 manatdan 80 manatadək endirilib. Kartın əldə edilməsi üçün ilkin ödəniş tələb olunmur.
Bankın kart sahibləri VTB (Azərbaycan)-ın, eləcə də NIKOIL Bank, AzərTürk Bank və Bank of Baku kimi tərəfdaş bankların bankomatlarından vəsaitlərini əlavə komissiyasız nağdılaşdıra bilər. Bundan başqa, ölkə xaricində - Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Ukraynadakı VTB qrupun banklarına aid ATM-dən də pul vəsaitlərini banklararası komissiyasız çıxarmaq mümkündür.