Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten May 2026" sayını dərc edib.Marja.az bülletenə istinadən təqdim edir.
Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir
Bank sektoru
FED.az xəbər verir ki, 31 may 2026-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı (mübadilə şöbələri daxil olmaqla) 84, ATM-lərin sayı 3,502 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 27,374 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 59,183.7 mln. manat, cəmi öhdəlikləri 51,612.2 mln. manat, balans kapitalı 7,571.5 mln. manat olmuşdur. May ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri müvafiq olaraq 3.2% və 3.9% artmış, balans kapitalı isə 1.2% azalmışdır.
Hesabat ayında bankların kredit portfeli 0.9% və ya 276.6 mln. manat artaraq 30,885.8 mln. manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.1% (16,401.7 mln. manat);
ıı) istehlak kreditləri – 31.7% (9,775.9 mln. manat)
ııı) ipoteka kreditləri – 15.2% (4,708.2 mln. manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.7%-i və ya 38,548.3 mln. manat. Depozit portfelinin 54.8%-i (21,122.2 mln. manat) hüquqi şəxslərin, 45.2%-i (17,426.1 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 70.4%-i (12,264 mln. manat) milli valyutada, 29.6%-i (5,162.1 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 64.4%-i (11,215.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri may ayında 2.1% və ya 235.3 mln. manat artmış, tələbli əmanətləri isə 1.3% və ya 81.3 mln. manat azalmışdır.
2026-cı ilin may ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3.1% (6,492 əmanətçi), ilin əvvəlindən isə 11.3% (21,990 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 15,847.5 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75%-ni təşkil etmişdir.
2026-cı ilin yanvar – may ayları ərzində banklar 557.1 mln. manat xalis mənfəət, 837.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 134.7 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir. Monetar sektor
Cari ilin may ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 3.9% artaraq 41,961.8 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 255.7 mln. manat azalaraq 3,006.1 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qeyrirezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 309 min ədəd artaraq 22 milyon 827 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 12% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 13% artmış, kredit kartlarının sayı isə 3% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14% artmışdır. 2026-ci ilin may ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,680 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,620 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 mln. manatı POS-terminallar, 2 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 5.1%, POS-terminalların sayı 19.3% artmışdır.















