"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 23 yanvar 2024-cü il saat 12:00-da bankın Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdəki məsələlərə aşağıdakılar daxildir:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. "Bank Respublika" ASC-nin ilin maliyyə nəticələri və mükafatın ödənilməsi haqqında.
4. Xalis mənfəətinin bölüşdürülməsi haqqında.