22 yanvar 2024-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən "Yelo Bank" ASC-nin baş ofisində səhmdarların növbəti Ümumi Yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulubr:
1. Cari və təşkilati məsələlərə baxılması.
2. Nizamnaməyə və Səhmdarların Ümumi Yığıncağı haqqında Əsasnaməyə dəyişikliklərin edilməsi.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri təqdim etməyiniz xahiş olunur.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.
"Yelo Bank" ASC-nin Müşahidə Şurası