"Bank Respublika" cari ilin ikinci rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Bankdan FED.az-a verilən məlumata görə, hesabata əsasən Bank ikinci rübdə də bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edir.
1 iyul 2018-ci il tarixinə bankın aktivləri 860 mln. manata qədər çatdırılıb ki, bu da birinci rüblə müqayisədə 16,4% çoxdur. İkinci rübün nəticələrinə əsasən bankın xalis mənfəəti artaraq 640 min manata çatdırılıb.
Hesabat dövrünə bankın depozit portfelində cari ilin birinci rübünə nisbətən 23,2%, kredit portfelində isə 13% artım müşahidə olunur.
“2018-ci ilin ikinci rübünün yekunları üzrə əldə etdiyimiz pozitiv göstəricilər – təsdiq etdiyimiz inkişaf strategiyasının mərhələli şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu nəticələr müştərilərimizin maliyyə ehtiyaclarını maksimal şəkildə təmin etməyə və biznesi maliyyələşdirən aparıcı təşkilat kimi Bankın bazardakı mövqeyini möhkəmləndirməyə imkan verəcək” – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.
“Bank Respublika”nın da vəziyyəti məlum oldu - 3 DƏFƏ ARTIB
13:33
26 İyul 2018