“Bank Respublika” ASC-nin daha bir departament direktoruna müavini təyin edilib.
Eləcə də bax: “Bank Respublika”da - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Elçin İbrahimov Pərakəndə satışlar departamenti direktorunun müavini təyin edilib.
O, bu vəzifənin icrasına 2022-ci ilin fevralından başlayıb.
E.İbrahomov 2018-ci ilin martından 2022-ci ilin yanvarına qədər “Bank Respublika”nın adıçəkilən departamentinin strukturunda olan Kredit portfellərinin idarəedilməsi şöbəsinin müdiri idi.
Qeyd edək ki, o, 2011-ci ilin fevralından bankda kredit mütəxəssisi kimi, 2012-ci ilin martından filial müdirinin müavini kimi, 2013-cü ilin iyunundan filial müdiri kimi çalışmışdır.