“Bank Respublika” ASC-nin departamentlərindən birinə direktor müavini təyin edilib.
Eləcə də bax: “Xalq Bank"da - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Nigar Paşayeva Bank kartları departamentinin direktor müavini təyin edilib. O, bu vəzifənin icrasına 2022-ci ilin yanvarından başlayıb.
N.Paşayeva 2019-cu ilin mayında “Bank Respublika” ASC-yə, Kart texnologiyaları şöbəsinə müdir kimi təyin edilmişdi. Bu bankdan öncə isə Bakı Şəh. Səbail Ray. İcra Hakimiyyətində və “Kapital Bank” ASC-də çalışmışdır.
O, Dövlət İqtisad Univeristetində (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistr dərəcəsinə sahibdir.