Bank Respublika 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat bankın həm gəlirlərinin, həm də mənfəətinin əhəmiyyətli dərəcədə artdığını göstərib.
Bank 2025-ci ilin 9 ayını 43,2 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 3,9 milyon manat və ya 9,9% çoxdur.
Bankın faiz gəlirləri 217,7 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 45,1 milyon manat (26,1%) artımdır.
Bu artımın əsas səbəbi müştərilərə verilmiş kreditlərdən əldə edilən gəlir olub. Bu gəlirlər 190,3 milyon manata bərabər olub ki, bu da illik 45,2 milyon manat (31,1%) artım deməkdir.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 2,7 milyon manat təşkil edib. Son bir il ərzində bu gəlirlərdə illik 1,6 milyon manat (2,5 dəfə) artım baş verib.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 4,7 milyon manat təşkil edərək 2,4 milyon manat (2,1 dəfə) artıb.
Hesabat dövründə bankın faiz xərcləri 90,8 milyon manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,7 milyon manat (43,7%) çoxdur.
Depozitlər üzrə faiz xərcləri 38 milyon manata bərabər olub.
Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 46,2 milyon manat təşkil edib. Bu da illik 30,0 milyon manat (2,8 dəfə) artımın baş verməsi deməkdir.
Qiymətli kağızlar üzrə faiz xərcləri isə 2,6 milyon manat olub.
Nəticədə bankın xalis faiz gəlirləri 126,9 milyon manata çatıb. Bu da 2024-cü ilin eyni dövrünə nəzərərn 17,5 milyon manat (15,9%) artımdır.
Bankın qeyri-faiz gəlirləri illik 2,1 milyon manat (7,4%) artımla 30,2 milyon manat olub.
Alınan haqq və komissiya gəliri 22,8 milyon manata bərabər olub. Nəticədə, 1 milyon manat (4,6%) artım qeydə alınıb..
Xarici valyutadan gəlir 7,5 milyon manata bərabər olub.
Qeyri-faiz xərcləri 98,5 milyon manat təşkil edərək 13,1 milyon manat (15,3%) artıb.
Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 57,5 milyon manata yüksələrək 10,6 milyon manat (22,7%) artıb.
Ümumi və inzibati xərclər 23,1 milyon manat, amortizasiya xərcləri 3,2 milyon manat, digər xərclər isə 14,7 milyon manat olub.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 4 milyon manat təşkil edin..
Ümumilikdə Bank Respublikanın mənfəət vergisindən əvvəlki mənfəəti 54,7 milyon manat olub. Bu da 2024-cü ildəki göstəricidən 5,0 milyon manat başqa sözlə 9,9% çoxdur.
Hesabat dövründə bank 11,5 milyon manat mənfəət vergisi ödəyib.
Bank Respublika III rübün sonuna 2 milyard 718 milyon manat cəmi aktivlərə malik olub. Aktivlər, ilin əvvəli ilə müqayisədə 541,3 milyon manat (24,9%) böyüyüb.
Bu böyümənin əsas səbəbi, banklar və digər maliyyə institutlarındakı depozitlərin 561,5 milyon manata bərabər olmasıdır. Bu rəqəmdə 514,3 milyon manat (12 dəfə) artım baş verib.
Müştərilərə verilmiş xalis kreditlər 1 milyard 566 milyon manata yüksəlib. Bu, ilin əvvəli ilə müqayisədə 101,0 milyon manat (6,9%) artım deməkdir.
İstehlak kreditləri 342,5 milyon manata bərarəb olub. Son 9 ayda bu kreditlər 30,2 milyon manat (9,7%) böyüyüb.
Biznes kreditləri 1 milyard 70 milyon manat olub ki, bu da 56,2 milyon manat (5,5%) artım deməkdir.
Daşınmaz əmlak kreditləri isə 165,1 milyon manat təşkil edib, ötən ilin sonundan bu yana 18,8 milyon manat (12,9%) böyüyüb.
Bankın ticarət və investisiya qiymətli kağızları 80,6 milyon manat təşkil edib. Bu da 23,5 milyon manat (41,2%) artımdır.
Nağd pul vəsaitləri ilin əvvəli ilə müqayisədə 117,7 milyon manat (24,2%) azalaraq 368,8 milyon manata düşüb.
Əmlak və avadanlıqlar 47,5 milyon manat, digər aktivlər isə 54,2 milyon manat təşkil edib.
Bu dövrdə bankın cəmi öhdəlikləri 2 milyard 487 milyon manata bərabər olub. Bu da ilin əvvəli ilə müqayisədə 509,0 milyon manat (25,7%) çoxdur.
Bu artımın əsas səbəbi kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin 723,0 milyon manat təşkil etməsidir. Bu öhdəliklərdə 188,5 milyon manat (35,3%) artım baş verib.
Subordinasiya borc öhdəlikləri 138,5 milyon manat (6,4 dəfə) artaraq 164,3 milyon manata çatıb.
Depozitlər 1 milyard 515 milyon manata bərabər olub, ötən ilin sonuna nəzərən 167,3 milyon manat (12,4%) artıb.
Hüquqi şəxslərin depozitləri 201 milyon manat (28,3%) artaraq 912,9 milyon manat təşkil edib.
Fiziki şəxslərin depozitləri isə 602,5 milyon manata bərabər olub.
Bankın cəmi kapitalı 230,9 milyon manata bərabər olub ki, bu da ötən ilin sonuna nəzərən 32,2 milyon manat (16,2%) çoxdur..
Səhmdar kapitalı 74 milyon manat səviyyəsində dəyişməz qalıb.
Bölüşdürülmüş mənfəət 129,3 milyon manata bərabər olub, doqquz ay ərzində 30,6 milyon manat (31,2%) artıb.
Ümumi ehtiyatlar isə 27,6 milyon manata bərabər olub.