Azərbaycanda bank kreditlərinin restrukturizasiyası üçün ayrılan müddətin artırılmasına ehtiyac var.
FED.az xəbər verir ki, bu barədə VTB Bank Azərbaycanın İdarə heyətinin sədri Yevgeni Kirin bildirib.
Xatırladaq ki, problemli borcların restrukturizasiyası ilə bağlı müddətlər prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixli fərmanında nəzərdə tutulub və bu ilin sonunadək başa çatmalıdır.
Eləcə də bax:Bank VTB Azərbaycan 10%-la kreditlərə başlayır - YENİ AKSİYA
Amma bank rəşbəri bildirir ki, bəzi borclular hələ də banklara müraciət etmədiklərinə görə, indiyədək mövcud olan problemli borcları restrukturizasiya etmək mümkün olmayıb.
Belə ki, indiyədək BTV Bank belə kreditlərin sayca 56%-ni, məbləğ baxımından isə 52%-ni restrukturizasiya edə bilib. «Bu məsələdə borcluların aktivliyi aşağıdır, başqa banklarda da oxşar şərait var. Bəlkə də bunun üçün ayrılan vaxtın uzadılması tələb oluna bilər ki, borclular bu kreditlərini restrukturizasiya eləyə bilsinlər».