Bank of Baku tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.
FED.az xəbər verir ki, bankın və Bolkart-ın rəsmi veb-səhifələrində (bankofbaku.com və bolkart.az) süni intellekt dəstəkli BOBAI xidməti istifadəyə verilib. Yeni virtual köməkçi xidmət keyfiyyətini daha da təkmilləşdirmək, müştəri xidmətlərini ən son texnologiyalara uyğunlaşdırmaq məqsədilə yaradılıb.
Xidmət sayəsində müştərilər bankın məhsulları, xidmətləri barədə 24/7 rejimində operativ və ətraflı məlumat alacaq.
Qeyd edək ki, süni intellektin ən son imkanları ilə təmin olunmuş BOBAI müştərilərin suallarını anlama və uyğun cavab təqdimetmə qabiliyyətinə malikdir. Sistem mürəkkəb və fərdi yanaşma tələb edən hallarda müştəriləri canlı operatora yönləndirir.
Bu xidmət Bank of Baku yaxın gələcək üçün hədəflədiyi rəqəmsal tranformasiya planının bir hissəsidir və bankın digər rəqəmsal platformalarına inteqrasiya da nəzərdə tutulub.
30 ildən çoxdur ki, fəaliyyət göstərən bank paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi