"Bank BTB"nin 2023 və 2024-cü illərdəki gəlir dinamikasında nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur.
Bank “BTB” 2024-cü ili 4.1 milyon manat - XALİS MƏNFƏƏTLƏ YEKUNLAŞDIRDI
FED.az xəbər verir ki, bankın ümumi gəliri 2023-cü ildə 34 616 000 manat olduğu halda, 2024-cü ildə bu rəqəm 39 501 000 manata çatıb. Bu isə 4 885 000 manatlıq və ya 14.1%-lik bir artım deməkdir.
Kredit faizlərindən əldə edilən gəlirlər də yüksəlib. 2023-cü ildə 28 893 000 manat olan bu göstərici 2024-cü ildə 31 208 000 manata çataraq 2 315 000 manat və ya 8% həcmində artıb. Bununla belə, kredit faizlərinin ümumi gəlirdəki çəkisi 83%-dən 79%-ə enib.
Komissiya haqları üzrə gəlir də artım nümayiş etdirib. 2023-cü ildə 4 611 000 manat təşkil edən bu göstərici 2024-cü ildə 6 049 000 manata yüksəlib. Bu isə 1 438 000 manatlıq, yəni 31.2%-lik artım deməkdir. Nəticədə, komissiya haqlarının ümumi gəlirlərdəki payı 13%-dən 15%-ə yüksəlib.
Bankın digər faiz gəlirləri də nəzərəçarpacaq dərəcədə artıb. Əgər 2023-cü ildə bu mənbədən 1 036 000 manat gəlir əldə olunmuşdusa, 2024-cü ildə bu rəqəm 2 161 000 manata çatıb. Artım 1 125 000 manat və ya 108.6% təşkil edib. Bununla yanaşı, ümumi gəlirlərdəki payı da 3%-dən 5%-ə qədər artıb.
Digər banklara verilən kreditlərdən əldə olunan gəlir də cüzi yüksəliş nümayiş etdirib. 2023-cü ildə 76 000 manat olan bu gəlir, 2024-cü ildə 83 000 manata çatıb. Artım 7 000 manat və ya 9.2% olub, lakin ümumi gəlirlərdəki payı 1% səviyyəsində dəyişməz qalıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
31 208 |
79% |
Komissiya haqları |
6 049 |
15% |
Valyuta əməliyyatlarından gəlirlər |
|
|
QK-a investisiyadan gəlir |
|
|
Digər banklara depozitlərdən gəlirlər |
|
|
Digər banklara kreditlərdən gəlirlər |
83 |
1% |
Digər faiz gəlirləri |
2 161 |
5% |
Digər qeyri-faiz gəlirləri |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
39 501 |
100% |