Azərbaycanın ən kiçik banklarından olan «Bank Avrasiya» 2022-ci ilin 2-ci rübü üzrə hesabatını açıqlayıb.
Eləcə də bax: “Bank Avrasiya”nın kredit portfeli - KİÇİLİB
FED.az xəbər verir ki, ilk yarım ildə bankın faiz gəliləri cəmi 150 min manat artaraq ötən ilin eyni dövründəki ,8 milyon manatdan 5,95 milyon manata yüksəlib.
Kredit faizlərindən gələn məbləğlər dəyişməyib – 5,09 milyon manat. Bankın faiz gəlirlərinin artımı qşiymətli kağızlara yatırılan vəsait hesabına olub – ötən il 350 min manat olan gəlir indi 505 min manata yüksəlib.
Bankdakı depozitlərin azalması, «Bank Avrasiya»nın ödədiyi faiz xərclərinə də təsir edib – faiz xərcləri 914 min manatdan 870 min manata enib.
Nəticədə bankın xalis faiz gəlirləri təqribən 200 min manat artaraq 4,89 min manatdan 5,09 min manata yüksəlib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 460 min manat və ya 50% artaraq 1 milyon 374 min manat olub. Belə ki, xarici valyuta əmfəliyyatlarından gəldən gəlir 2,3 dəfə artaraq 424 min manata çatıb, haqq və komissiya gəlirləri isə 150 min manat artaraq 880 min manat olub.
2022-ci ilin ilk yarısında Bankın qeyri-faiz xərcləri təqribən 600 min manat və ya 24% artaraq 3,1 milyon manata çatıb. Artımın 400 miin manatını əmək haqqı xərcləri təşkil edib – 1476 min manat olub. Digər xərclər isə 200 min manat artaraq 1 milyon 35 min manat yüksəlib.
Bütün bunlardan sonra «Bank Avrasiya» 3 346 min manat əməliyyat mənfəətində olub, amma bankın böyük ehtimalla kredit portfelinini vəziyyəti ilə əlaqədar olaraq ehtiyatlara böyük məbləğ ayırmalı olub – 3 180 min manat. Nəticədə bank ili cəmi 165 min manat xalis mənfəətlə başa vurub.
Bankın açıqladığı rəqəmlərə əsasən, ilin əvvəlindən bəri bankın aktivləri 15 milyon 244 min manat və ya 9,1% artaraq 167 milyondan 182 milyon manata çatıb.
Aktivlərin artımı nağd pul vəsaitlərinin (8,8 milyon manat artaraq 50,5 milyon manat olub), qiymətli kağızlara investisiyaların (5,3 milyon manat artaraq 22,1 milyon manat olub) və digər aktivlərin (2,8 milyon və ya 50% artaraq 8,6 milyon manat olub) hesabına baş verib.
Bankın kredit portfeli ümumi kredit portfel dəyişməyib, üstəlik, ehtiyat ayırmaları nəzərə alanda xalis kreditləri azalaraq 95 milyon manatdan 93 milyon manata enib. Bankın biznes kreditləri təqribən 4 milyon manat azalaraq 67 milyon manata enib, istehlah kreditləri 1 milyon manat, daşınmaz əmlak kreditləri 3 milyon manat artıb.
Bu ilin əvvəzinən keçən yarım il ərzində «Bank Avrasiya»nın öhdəlikləri 15,7% artaraq 110,7 milyon manata yüksəlib.
Öhdəliklərin artımı fiziki şəxslərin hesabına baş verib - fizii şəxslərin bankdakı depozitləri 13 milyon manat artaaq 43,6 milyon manatdan 56,3 milyon manata yüksəlib.
Hüquqi şəxslər isə bankdan vəsaitlərini geri çəkiblər – ilin əvvəlindən indiyədək bankda hüquqi şəxslərin – şirkət və təşkilatların vəsaitləri 1,5 milyon manat və ya 23% azalıb.
Bankın kapitalı 72 milyon manata yaxınlaşıb.
«Bank Avrasiya» mənfəət və zərər hesabatnı açıqlamasa da, bölüşdürülməmiş mənfəət həxminin artması bankın ilk yarım illiyi 165 min manat mənfəətlə başa vurmasını göstərir.
Bununla yanaşı, qeyd edək ki, Bank 2022-ci ilin 1-ci rübünü 763 min manat mənfəətlə başa vurmuşdu.
Bu iki rəqəmi müqayisə edəndə «Bank Avrasiya»nın 2-ci rüb ərzində 600 min manat zərər etdiyini bildirmək olar.