Bankın portfeli 2021-ci ilin III rübündə 117.07 mln. manat olduğu halda, IV rübün sonuna 114.22 mln. manata düşüb ki, bu da 2.4% azalma deməkdir.
Eləcə də bax: “Bank Avrasiya” aktivlərini 1,6% azaldıb - 2,8 Milyon Manat Zərərdə
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, kredit portfelinin kiçilməsinə səbəb isə bankın portfelində ikinci önəmli aktiv olan ipoteka kreditlərinin kiçilməsidir. Belə ki, “Bank Avasiya”nın ipoteka kreditləri son üç ayda 4.43 mln. manat, yaxud 10.2% azalaraq 38.99 mln. manata düşməsidir.
Bankın kredit portfelinin digər 70.38 milyon manatı biznes və 3.2 milyon manatı isə istehlak kreditləridir.
Xatırladaq ki, “Bank Avrasiya” 50 milyon nizamnamə kapitalına sahibdir. Kapitalın 37.50%-i “Euro Standard” Şirkəti, 37.50%-i PMD Group-a və 25% -i “Azbizneskom” Şirkətinə məxsusdur.