Bir qədər əvvəl fəaliyyətini dayandırmış “Texnikabank” ASC və “Bank Standart” KB-da digər hüquqi və fiziki şəxslər kimi, Bakı Metropolitenin də pulları qalıb.
FED.az xəbər verir ki, bu barədə Metropolitenin 2017-ci ilə üzrə açıqladığı hesabatda bildirilir.
Hesabatda deyilir ki, 2017-ci ilin sonuna Metrorpolitenin banklarda manatla 1 647 758 manat, dollarda isə 2 145 976 manat qalıq vəsaitləri var. Bunların böyük hissəsi bağlanan banklarda qalıb.
Belə ki, fəaliyyətini dayandıran banklarda metropolitenin manatla saxlanılan 1 563 289 manatı, ABŞ dolları ilə saxlanılan 2 145 918 manat vəsaiti qalıb. «Ləğv prosesində olan bankların öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir»-deyə hesabatda bildirilir.
Bağlanan banklarda metropolitenin də pulu qalıb – HESABAT
16:10
28 İyun 2018