Son iki ayda Azərbaycanda 4 bank filialı bağlanıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı bank icmalında bildirilir. Hesabata əsasən, ilk 8 ayın nəticələrinə görə, ölkədə 560 bank filialı olduğu halda, hazırda bu rəqəm 556 təşkil edir.
İki ay əvvəllə müqayisədə bankomatların sayı da 4 ədəd azalaraq 2 491 olub.