2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 2 milyon 518 min dollar dəyərində 30 min 525 ton kartof ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 957 min dollar və ya 28%, miqdar ifadəsilə 963 ton və ya 12% azalıb.
2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 3 milyon 476 min dollar dəyərində 7 min 778 ton kartof ixrac olunmuşdu.
1 kq kartofun orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 0,63 manata başa gəlib ki, bu da illik müqayisədə 0,13 manat (17%) ucuzlaşma deməkdir.
Ötən ilin eyni dövründə kartofun orta ixrac qiyməti 0,76 manata başa gəlib.