2024-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 20 milyon 287 min dollar dəyərində 30 min 525 ton alma ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 508 min dollar və ya 14%, miqdar ifadəsilə 3 min 4 ton və ya 11% artıb.
2023-cü ilin ilk 4 ayında isə Azərbaycandan 17 milyon 779 min dollar dəyərində 27 min 521 ton alma ixrac olunmuşdu.
1 kq almanın orta ixrac qiyməti 2024-cü ilin dörd ayında 1,13 manata başa gəlib ki, bu da illik müqayisədə 0,03 manat (3%) bahalaşma deməkdir.
Ötən ilin eyni dövründə almanın orta ixrac qiyməti 1,10 manata başa gəlib.