Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı banklar 194,7 mln. manat xalis mənfəət əldə ediblər.
Eləcə də bax: Azərbaycanda biznes kreditlərinin həcmi üzrə - BANKLARIN RENKİNQİ (01.04.2021)
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına görə, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 24,7% çoxdur. Bank sektorunun əməliyyat mənfəəti isə 301,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 7,1% çoxdur.
Qeyd edək ki, ölkədəki bankların xalis faiz gəliri 476,2 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,5% çoxdur. (Apa)