Bu ilin I rübündə Azərbaycanın bank sektorunun iştirakçıları 148,8 mln. manat məbləğində xalis mənfəət əldə ediblər.
FED.az xəbər verir ki, bu göstərici ötən ilin eyni rübü ilə müqayisədə 8,7% azalsa da, 2020-ci ilin IV rübü ilə müqayisədə 2,7 dəfə artıb. Bankların əməliyyat mənfəətinin əsasını xalis faiz gəlirləri təşkil edib. Belə ki, hesabat dövründə bankların xalis faiz gəlirləri 0,6% artaraq 351,7 mln. manat təşkil edib, xalis qeyri-faiz zərəri isə 36,1% azalaraq 130,9 mln. manat bərabər olub. Beləliklə, 2021-ci ilin yanvar-mart aylarında bank sektorunun əməliyyat mənfəəti 220,8 mln. manat təşkil edib ki, bu da rüblük müqayisədə 52,5% çoxdur.
Qeyd edək ki, mənfəətdən vergilər rüblük 25,9% azalaraq 32,1 mln. manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 16,8% manat azalaraq 39 mln. manata enib. Digər xərclər isə 0,9 mln. manat artıb. (Apa)
Göstəricilər, mln. manat |
2021-ci ilin I rübü |
2020-ci ilin IV rübü |
Dinamika |
Xalis faiz gəliri |
351,7 |
349,6 |
0,6% |
Xalis qeyri-faiz zərəri |
130,9 |
204,8 |
-36,1% |
Əməliyyat mənfəəti |
220,8 |
144,8 |
52,5% |
Digər gəlirlər (xərclər) |
(0,9) |
0,5 |
- |
Xüsusi zərər ehtiyatı |
39 |
46,9 |
-16,8% |
Mənfəətdən vergilər |
32,1 |
43,3 |
-25,9% |
Xalis mənfəət |
148,8 |
55 |
2,7 dəfə |