2021-ci ilin yanvarın 1-i tarixinə Azərbaycanda bank işçilərinin sayı 18 708 nəfər təşkil edib.
Eləcə də bax: Son ayda bankların əhaliyə dollar satışı - 72% Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, bank sektorunda işçilərin sayı 2020-ci il ərzində 3,9% azalıb. Aylıq müqayisədə isə ötən ilin dekabrında işçilərin sayı 0,4% azalıb.
Qeyd edək ki, ötən il Azərbaycanda dörd bank bağlanıb və nəticədə, ölkədə fəaliyyət göstərən bankların sayı 26-ya (ikisi dövlət bankı) düşüb. (Apa)