2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən banklarda fiziki şəxslərin depozitlərinin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə əhalinin ən çox vəsait yerləşdirdiyi banklar məlum olub.
Renkinqə "Azərbaycan Beynəlxalq Bankı" ASC başçılıq edir. Bankda fiziki şəxslərin depozitləri 3 milyard 404 milyon 277 min manat təşkil edib.
İkinci yerdə "Kapital Bank" ASC qərarlaşıb – bankın əmanət portfeli 3 milyard 136 milyon 824 min manat olub.
"PAŞA Bank" ASC 1 milyard 956 milyon 448 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Unibank KB" ASC isə 1 milyard 89 milyon 67 min manat həcmlə dördüncü olub və milyardlıq həddi keçən sonuncu bankdır.
Digər bankların göstəriciləri aşağıdakı kimidir:
"Yelo Bank" ASC-də 930 milyon 543 min manat, "AccessBank" QSC-də isə 893 milyon 187 min manat depozit toplanıb.
"Xalq Bank" ASC 834 milyon 924 min manat göstərici ilə yeddinci yerdə qərarlaşıb. "Bank of Baku" ASC 669 milyon 360 min manat həcmlə siyahıda yer alıb.
Siyahının ilk onluğunu "Rabitəbank" ASC (631 milyon 547 min manat) və "Bank Respublika" ASC (603 milyon 726 min manat) tamamlayır.
Depozit portfeli 200 milyon manatdan çox olan digər banklar "TuranBank" ASC (389 milyon 289 min manat), "Azərbaycan Sənaye Bankı" ASC (313 milyon 977 min manat), "Premium Bank" ASC (305 milyon 93 min manat), "Expressbank" ASC (259 milyon 747 min manat) və "Azər Türk Bank" ASC-dir (232 milyon 7 min manat).
Siyahının sonrakı pillələrində "Ziraat Bank Azərbaycan" ASC (191 milyon 927 min manat), "Bank BTB" ASC (133 milyon 511 min manat) və "AFB Bank" ASC (114 milyon 173 min manat) yer alıb.
Renkinqi "Yapı Kredi Bank Azərbaycan" QSC (96 milyon 410 min manat), "Bank VTB (Azərbaycan)" ASC (75 milyon 262 min manat) və "Bank Avrasiya" ASC (61 milyon 348 min manat) davam etdirir.
"Bank Melli İran" Bakı filialında isə fiziki şəxslərin depoziti qeydə alınmayıb.












