Azərbaycanda xarici valyutada olan vaxtı keçmiş kreditlərin həcmi azalıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarına olan məlumata görə, Azərbaycanda xarici valyutada kredit qoyuluşunun cəmi məbləği 4889,0 mln manat təşkil edir. Bu göstərici ilin əvvəli ilə müqayisədə 67,90 mln manat və ya 1,40% çoxdur.
Eləcə də bax:Vaxtı keçmiş kreditlərin həcmi – AÇIQLANDI
Xarici valyutada olan kreditin 655.7 mln manatının və ya 13,41%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Qeyd edək ki, ilin əvvəlindən xarici valyutada olan vaxtı keçmiş kreditlərin həcmi 137,40 mln manat və ya 17,32% azalıb. Ümumiyyətlə ötən ilin eyni dövrü ilə müqayisədə xarici valyutada olan vaxtı keçmiş kreditlərin məbləği 221,80 mln manat və ya 25,27% azalıb.
Noyabrn 1-nə olan məlumata görə, xarici valyuta olan qısamüddətli kreditlərin həcmi 1079.9 mln manat, uzunmüddətli kreditlərin həcmi isə 3809.1 mln manat təşkil edir.