Bu ilin martın 1-nə bank ATM-lərinin sayı aylıq 21 ədəd artaraq 3 274 ədəd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bir il əvvəl isə bank ATM-lərinin sayı 3 064 ədəd olub ki, bu da illik müqayisədə 210 ədəd artım deməkdir.




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








