Azərbaycan Mərkəzi Bankı “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat yayıb.
FED.az xəbər verir ki, məlumata görə, 2024-cü ildə kredit kartı vasitəsilə verilən kreditlər üzrə milli valyuatda orta faiz dərəcəsi 26% təşkil edib. Bu 2023-cü illə müqayisədə 2% artım deməkdir. ABŞ dolları üzrə faiz dərəcəsi 5% olaraq qalıb.
Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə orta faiz dərəcəsi isə dəyişməyərək 25% səviyyəsində qalıb.
2024-cü ildə yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə orta faiz dərəcəsi 16%-ə bərabər olub.
Bu da 2023-cü illə müqayisədə 1% azalma deməkdir.
Aavtomobil kreditləri üzrə faiz dərəcəsidə 1 faiz bəndi azalma baş verib və 10%-ə düşübş
Digər istehlak kreditləri üzrə (nağd pul kreditləri) orta faiz dərəcəsi milli valyutada 3 faiz bəndi artımla 20%-ə çatıb. Xarici valyutada 2023-cü ildə 8% təşkil etsə də 2024-cü il üzrə qeyd olunub .