Azərbaycan banklarının ölkə iqtisadiyatına sərmayə qoyuluşunda iştirakı dörd dəfə azalıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarında bankların payı 1,2%-ə enib. Bu ötən ilin yanvarı ilə müqayisədə 4 dəfə aşağıdır. Xatırladaq ki, ötən ilin yanvarında bank kreditlərinin iqtisadiyyata yatırımlarda payı 5,1% təşkil edirdi.
Eləcə də bax: Azərbaycanın - İNVESTİSİYA CƏLBEDİCİLİYİ ARTIB
Bu ilin birinci ayında iqtisadiyyata sərmayə qoyuluşlarının 12 milyon manatı bankların payına düşüb. Ötən il isə həmin məbləğ 44,3 milyon manat təşkil etmişdi.
Qeyd edək ki, prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə və regionların sosial-iqtisadi inkişpafına həsr olunan konfransdakı çıxışlarında ölkə banklarını iqtisadiyyata, real sektora kreditləri artırmağa çağırmışdı.