Azərbaycan bank sektorunda reklam və marketinq xərclərin artırıb azaldan banklar mədum olub.
Reklam və marketinq xərclərinin məbləği üzrə – BANKLARIN RENKİNQİ - SİYAHI, MƏBLƏĞLƏR (2024)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2024-cü ildə ölkə banklarının bir hissəsi reklam xərxlərini artırdığı halda, digər hissəis qənaətə üstünlük verib. Belə ki, 22 bankdan 14-də reklam və marketinq xərcləri artıb, 8 bankda isə azalıb.
Reklam xərclərinin an böyük artımı «Unibank»da baş verib – ötən il böyük lotereya kampaniyası keçirən bankın reklam marketinq xərcləri 2 milyon manatdan çox artaraq 10 milyon manata yaxınlaşıb.
Reklam xərcləri onsuz da böyük olan «Kapital Bank» 2024-cü ildə təbliğat xərclərini daha 1,2 milyon dollar artırıb.
Bank sektorunun lideri olan ABB Bank-ın reklam xərcləri isə 800 min manatdan çox artaraq 10 milyon manatı keçib. “Expressbank”ın reklam xərclərində də bu qədər artım var.
«Turan Bank», «Yelo Bank» və «Bank Respublika» da reklam xərclərini 400-500 min manat artıranlar arasındadır.
8 bankda isə reklam-marketinq xərclərinin azalması müşahidə edilib. Təbliğat xərclərini ən çox azaldan «Premium Bank» - ötən il bankın reklam xərcləri 3,7 milyon və ya bütün reklam büdcəsinin az qala yarısı qədər azalıb.
“VTB bank”-da isə reklam xərcləri 200 min manatdan çox aşağı düşüb.
“Bank Avrasiya”, “Yapı Kredi Azərbaycan”, “AFB Bank”, “Ziraat Bank” və “Bank BTB” də reklam xərcləri azalanlar arasındadır.