Azərbaycanda bank sektorunda problemli kreditlərin həcmi son 3,5 ildə ən aşağı səviyyəyə düşüb.
Eləcə də bax: Palata restrukturizasiya və problemli kreditlər bağlı - MƏLUMATLARI AÇIQLADI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2019-cu ilin yekununa ölkə bankların kredit portfeli 15 milyard 297,2 milyon manat, problemli kreditlərin həcmi isə 1 milyard 273,1 milyon manat təşkil edib. Problemli borcların ümumi kredit portfeində payı 8,3% təşkil edib. Bu, son 3 il yarımda problemli borclar üzrə ən aşağı göstəricidir. Belə ki, sonuncu dəfə belə göstərici 2016-cı ilin ortalarında, daha dəqiqi 2016-cı ilin mayında qeydə alınmışdı.