Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 921,5 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycan banklarının kredit qoyuluşu - Artıb
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,4% çoxdur.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 3,2% artıb, son 1 ildə isə 25,2% azalıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il aprelin sonuna isə 8,1% olub. (Report)