Azərbaycanın bank sektorunda problemli kreditlər yenidən artmağa başlayıb.
Bir ayda banklara 1,7 milyard manat pul yatırılıb – BANK SEKTORUNDA ƏSAS GÖSTƏRİCİLƏR
FED.az xəbər verir ki, bu Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatdan məlum olur.
Hesabata əsasən son bir ildə Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,9 faiz bəndi azalaraq 3% təşkil edib. Belə ki, hazırda problemli kreditlər 606 milyon manat təşkil edir ki, bu da ümumi kreditlərin 3%-dir.
Bir il əvvəl – 2022-ci ilin marntın 1-ə isə problemli kreditlər 690 milyon manat təşkil edirdi.
Bununla yanaşı, fevral ayında problemli kreditlərin artımı müşahidə edilib. Belə ki, 2023-cü ilin yanvarın sonunda problemli kreditlər 584 milyon manat idi, fevralın sonunda isə bu göstərici 22 milyon manat artaraq 606 milyon manata yüksəlib.