2025-ci ilin avqustun 1-nə Azərbaycanda kredit təşkilatlarının cəmi kredit portfeli 30 milyard 257,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 989,4 milyon manat, yəni 11,0%, ötən ilin sonuna nəzərən isə 969,7 milyon manat, yəni 3,3% artıb. Son bir ayda portfel 26,1 milyon manat, yəni 0,1% böyüyüb. Bununla yanaşı, cəmi portfeldə vaxtı keçmiş kreditlərin həcmi 529,4 milyon manata çatıb. Bu, illik müqayisədə 75,7 milyon manat, yəni 16,7%, ilin sonuna nəzərən isə 80,3 milyon manat, yəni 17,9% artım deməkdir.
Portfelin əsas hissəsini təşkil edən milli valyutada olan kreditlər 26 milyard 114,9 milyon manata çatıb. Bu, illik müqayisədə 3 milyard 448,5 milyon manat, yəni 15,2%, ötən ilin sonuna nəzərən 1 milyard 341,9 milyon manat, yəni 5,4%, aylıq müqayisədə isə 123,2 milyon manat, yəni 0,5% artım deməkdir. Manatla olan kreditlərdə vaxtı keçmiş hissə 433,6 milyon manat olub. Milli valyutada portfelin 4 milyard 174,6 milyon manatı qısamüddətli, 21 milyard 940,3 milyon manatı isə uzunmüddətli kreditlərdir.
Xarici valyutada olan kreditlərin həcmində isə bütün dövrlər üzrə azalma trendi davam edir. Bu portfel illik müqayisədə 459,1 milyon manat, yəni 10% ötən ilin sonuna nəzərən 372,2 milyon manat, yəni 8,2%, son bir ayda isə 97,1 milyon manat, yəni 2,3% azalaraq 4 milyard 143,0 milyon manata enib. Xarici valyutada vaxtı keçmiş kreditlər 95,8 milyon manat təşkil edib. Bu portfelin 670,0 milyon manatı qısamüddətli, 3 milyard 473,0 milyon manatı isə uzunmüddətli kreditlərin payına düşür.
Portfelin 28 milyard 498,2 milyon manatlıq əsas hissəsi bankların payına düşür. Bankların portfeli illik müqayisədə 2 milyard 803,5 milyon manat, yəni 10,9%, ilin sonuna nəzərən 1 milyard 20,5 milyon manat, yəni 3,7%, aylıq müqayisədə isə 26,1 milyon manat, yəni 0,1% artıb. Bankların portfelində manatla olan kreditlər illik 15,5% artaraq 24 milyard 443,0 milyon manata çatıb, xarici valyutada olan kreditlər isə illik 10,5% azalaraq 4 milyard 55,2 milyon manata enib.
Bank olmayan kredit təşkilatlarının (BOKT) portfeli isə 1 milyard 759,7 milyon manat təşkil edib. BOKT-ların portfeli illik müqayisədə 185,9 milyon manat, yəni 11,8% artsa da, ötən ilin sonuna nəzərən 50,9 milyon manat, yəni 2,8% azalıb, son bir ayda isə dəyişməyib. BOKT-ların portfelində manatla olan kreditlər illik 11,1% artaraq 1 milyard 671,9 milyon manata, xarici valyutada olan kreditlər isə illik 27,2% artaraq 87,8 milyon manata çatıb.
Xatırladaq ki, cəmi kredit portfeli bu ilin iyulun 1-nə 30 milyard 231,8 milyon manat, ötən ilin sonunda 29 milyard ,288,2 milyon manat, 2024-cü ilin avqustun 1-nə isə 27 milyard 268,5 milyon manat təşkil edib.