Azərbaycanda 3-cü rüb üzrə kredit portfelinin həcmi ən çox olan bankların adları məlum olub.
FED.az bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı kredit portfelinin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə ən böyük kredit portfeli təqribən 6,1milyard manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dən sonra lider banklardan olan "Kapital Bank"ın kredit portfeli təqribən 5,1 milyard manat göstərici ilə ikinci pillədə yer alır.
3,2 milyard manat göstəici ilə "Paşa Bank" 3-cü, 1,9 milyard manat göstərici ilə "XalqBank" 4-cü, 1,35 milyard manat göstərici ilə "Bank Respulika" 5-ci pillədə qərarlaşıb.
Digər bankların kredit portfeli həcmi 1-1,1 milyard manat arasındadır. Həmin bankların kredit portfeli həcmi üzrə sıralaması isə belədir:
"Unibank"ın və "AccessBank"ın kredit portfeli 1 milyard manatdan bir az yüksəkdir.
Kredit portfelinin həcmi ən az olan banklara isə 3,8 milyon manat "Melli İran Bankı"nın Azərbaycan filialı, 136,8 milyon manat olmaqla "Bank Avrasiya" daxildir.