Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan bankları ümumilikdə 4 milyard manata yaxın gəlir əldə ediblər.
Azərbaycanda ümumi, faiz və qeyri-faiz gəlirləri üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
FED.az xəbər verir ki, ötən il bankları ümumi gəlirlərinin məbləği 3 milyard 955 milyon manat olub.
Bu məbləğin 2 milyard 692 milyon manatı və ya 68%-i ilk 5-likdəki bankın payına düşür.
Digər 20 bank ümumilikdə 1 milyard 263 milyon manat gəlir əldə edib.
Bankların qeyri-faiz gəlirləri artır – GƏLİRLƏRDƏ PAYI 30%-İ KEÇDİ
2022-ci ildə ən böyük gəlir əldə edən banklar – «Kapital Bank» (1 milyard 003 milyon manat), «ABB Bank» (780 milyon manat), «Paşa Bank» (498 milyon manat), «Unibank» (233 milyon manat) və «Bank Respublika» (178 milyon manat) olub.
Ölkədə cəmi 9 bankın illik ümumi gələri 100 milyon manatı keçib. Buraya “AccessBank”, “Xalq Bank”, “Rabitəbank” və “Bank of Baku” da aiddir.
11 bankın gəlirləri 30-100 milyon manat arasında dəyişir.
Azərbaycandakı 25 bank arasında ən az gəlir əldə edən bank İran Milli Bankının Bakı filialı olub – cəmi 3,8 milyon manat.
Yerli banklar arasında isə gəliri ən aşağı olanlar Avrasiya Bank (15,5 milyon manat), «Günay Bank» (24 milyon manat) və «Naxçıvanbank» (27 milyon manat) olub.
Azərbaycanda ümumi, faiz və qeyri-faiz gəlirləri üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)