Azərbaycan banklarının qeyri-faiz gəlirləri artmaqdadır.
Azərbaycanda əməkhaqqı xərci dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
FED.az 2022-ci ilin nəticələrinə görə xəbər verir ki, paralel olaraq bankların ümumi gəlirlərində qeyri-faiz gəlirlərinin payın artaraq ilk dəfə 30%-dən yüksək olub.
Belə ki, 2022-ci ildə Azərbaycan banklarının ümumi gəlirləri 3 955 milyon manat olub. Bunun 2 739 milyon manatı faiz gəlirləri, 1 216 milyon manatı isə qeyri-faiz gəlirləri olub. Ümumi gəlirlərdə faiz gəlirləri 69%, qeyri-faiz gəlirləri 31% təşkil edib.
2021-ci illə müqayisədə 2022-ci ildə bankların ümumi gəlirləri təqribən 1 milyard manat və ya 32,6% artıb. Ötən il bankların faiz gəlirləri 632 milyon manat və ya 30% artıb. Qeyri-faiz gəlirləri isə 340 milyon manat və ya 39% artıb.
Xatırladaq ki, əvvəlki 2 ildə qeyri-faiz gəlirləri 30%-dən aşağı idi.
Belə ki, 2019-cu ildə Azərbaycan banklarının ümumi gəlirləri 2 646 milyon manat olub. Bunun 1922 milyon manatı faiz gəlirləri, 724 milyon manatı isə qeyri-faiz gəlirləri olub. Ümumi gəlirlərdə faiz gəlirləri 73%, qeyri-faiz gəlirləri 27% təşkil edib.
2020-ci ildə Azərbaycan banklarının ümumi gəlirləri 2 592 milyon manat olub. Bunun 1920 milyon manatı faiz gəlirləri, 672 milyon manatı isə qeyri-faiz gəlirləri olub. Ümumi gəlirlərdə faiz gəlirləri 74%, qeyri-faiz gəlirləri 26% təşkil edib.
2021-ci ildə Azərbaycan banklarının ümumi gəlirləri 2 983 milyon manat olub. Bunun 2 107 milyon manatı faiz gəlirləri, 876 milyon manatı isə qeyri-faiz gəlirləri olub. Ümumi gəlirlərdə faiz gəlirləri 71%, qeyri-faiz gəlirləri 29% təşkil edib.