Azərbaycanda dollar əmanəti üzrə ən aşağı faiz təklif edən bank məlum olub.
FED.az xəbər verir ki, “Kapital Bank” dollar əmanəti üzrə 0,10% gəlir təklif edir ki, bu da ölkədə olan digər 29 bankla müqayisədə ən aşağı gəlir faizidir.
Eləcə də bax:Azərbaycan banklarının dollar əmanətləri üzrə faizləri – SİYAHI - FAİZLƏR
Ölkə banklarının dollar əmanətləri üzrə təkliflərini araşdıran FED.aj-ın tərtib etdiyi siyahıdan məlum olur ki, «Kapital Bank»ın əmanət təklifində faizlər dövrün sonunda ödənilir.
Dollar əmanəti üzrə ən yüksək faizləri isə «Yelo Bank» (illik 3%), «AG Bank» (2,50%), «Amrahbank» (2,50%) və «Turanbank» (2,15%) təklif edir.
Azərbaycan banklarının dollar əmanətləri üzrə faizləri – SİYAHI - FAİZLƏR