Azərbaycandakı banklardan bəziləri Rusiya rublu ilə alqı-satqı əməliyyatlarını müvəqqəti dayandırıb.
FED.az xəbər verir ki, ölkənin 26 bankından 15-i bu əməliyyatı davam etdirsə də, 11 bank üzrə Rusiya rublu ilə alqı-satqı mümkün deyil.
Rublu ən baha alan banklar “Premium Bank” (1000 rubl – 15 manat) və Yapı Kredi Bank”dır (13,2 manat). Rublu ən ucuz satan banklar isə “Expressbank” və “Bank of Baku”dur (1000 rubl – 18 manat).
Qeyd edək ki, “AFB Bank” rublun nağd alışını dayandırsa da, satış əməliyyatlarını aparır.