Azərbaycan banklarının mobil tətbiqlərinin rahatlı üzrə reytinqi açıqlanıb.
Eləcə də bax: Azərbaycanda 4 bankda mobil bankçılıq xidməti - YOXDUR
FED.az xəbər verir ki, reytinqi Rusiyanın «Markswebb» şirkəti hazırlayıb.
Agentliyinin komanda rəhbəri Olqa Staseviç "Mobile Banking Rank Azerbaijan 2022"nin nəticələrini açıqlayarkən bildirib ki, reytinq istehlakçı təcrübəsinin 0-100 bal arasında qiymətləndirilməsi əsasında aparılıb.
Qeyd eək ki, reytinq "Google Play" üzərindən mobil tətbiqi 50 mindən artıq sayda yüklənən 10 Azərbaycan bankı üzərindən aparılıb.
Və müştərilərin şəxsi maliyyənin idarə edilməsi ilə bağlı tapşırıqlarının bank tərəfindən nə qədər rahat və asan yerinə yetirilməsini nümayiş etdirir.
Reytinqin nətiələrinə görə, ilk yeri «Yelo Bank» tutub. Sonrakı yerlərdə «Kapital Bank» və «Unibank» qərarlaşıb.
Mobil tətbiqdən istifadənin rahatlığıa görə bankların reytinqi aşağıdakı kimidir.
1. «Yelo Bank» 44,6
2. «Kapital Bank» 42,9
3. «Unibank» 39,0
4. «Rabitəbank» 38,1
5. «ABB-Bank» 35,9
6. «Bank of Baku» 34,9
7. «Expressbank» 33,3
8. «Turanbank» 30,5
9. «Bank Respublika» 29,1
10. «AccessBank» 24,3