Bu ilin fevralın 1-nə Azərbaycanda regionlar üzrə xarici valyutada cəlb olunmuş əmanətlər 4,9 milyard manat təşkil edib.
FED.az barədə Mərkəzi Banka istinadən xəbər verir.
Əmanətər üzrə orta faiz dərəcəsi 1,82% olub. Bunun da orta faiz dərəcəsi 0,02% olmaqla 1,9 milyard manatı tələbli, orta faiz dərəcəsi 2,93% olmaqla 3 milyard manatı isə müddətli əmanətlərin payına düşüb.
Məlumata əsasən, ölkə üzrə xarici valyutada cəlb olunmuş əmanətlərin ən çoxu - 4,7 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb ki, əmanətlər üzrə orta faiz dərəcəsi 1,82%-ə bərabər olub.
Dövr ərzində regionlar arasında bankda manatla əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 1,71% dərəcə ilə 93,7 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 26,9 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb. Burada orta faiz dərəcəsi 2,11% təşkil edib.
Ən az əmanət (16 min manat) isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb. İqtisadi rayon üzrə əmanətlərin orta faiz dərəcəsi 3,42% olub. Bu da digər iqtsadi rayonlar içində ən yüksək göstəricidir.
Daha ətraflı aşağıdakı cədəvldə: