Bu ilin fevralın 1-nə Azərbaycanın rayon və şəhərlərinin əhalisi tərəfindən banklara yerləşdirilmiş əmanətlər təxminən 14,7 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən Bakı əhalisi tərəfindən 13 milyard manata yaxın əmanət yerləşdirilib. Bunun da 8,3 milyrd manatı milli, 4,7 milyard manatı xarici valyutada olan əmanətlərdir.
Sumqayıt şəhəri 333 milyon manatla 2-ci, Gəncə şəhəri isə 213,1 milyon manatla 3-cüdür.
Sumqayıt əhalisinin banklardakı əmanətlərinin 279,5 milyon manatı milli valyutada, 55,4 milyon manatı isə xarici valyuta olan əmanətlərdir. Gəncə əhalisi əmanətlərinin 185 milyon manatını milli, 25 milyon manatını isə xarici valyutada saxlayır.
Bundan başqa ötən ilin məlumatlarına görə Abşeron əhalisinin banklarda 186,9 milyon manat, Xaçmaz rayonunda 72,1 milyon manat pulu var.