2025-ci ilin yanvar ayında fəaliyyətdə olan bankların cəmi aktivləri 53 milyard 90,7 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi bankına istinadən xəbər verir.
Məlumata görə bu 2024-cü ilin əvvəli ilə müqayisədə 3 milyard 793,9 milyon manat (8%) çoxdur.
Aktivlərin 17 milyard 182,9 milyon manatı xarici valyutada formalaşıb ki, bu da illik müqayisədə 569,4 milyon manat (3%) artıb.
2024-cü ilin yanvarında bank sektorunun aktivləri 49 milyard 296,8 milyon manata bərabər olub ki, bunun da 16 milyard 613,5 milyon manat xarici valyutada formalaşıb.