Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 227 min ədəd artaraq 18 milyon 567 min ədəd təşkil edib.
FED.az Mərkəzi Bankın xəbər verir ki, eçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.5% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 19.6%, kredit kartları üzrə 10.9% təşkil edib.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib.
Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb.