Kredit portfelinin artımı cari ilin avqust ayında da davam edib.
FED.az xəbər verir ki, hesabat ayında bankların kredit portfeli 1.5% və ya 380.9 mln. manat artaraq 26 075.6 mln. manat olub.
Kredit portfelinin strukturu aşağıdakı kimidir:
ı) biznes kreditləri – 53.7% (13,999.8 mln. manat);
ıı) istehlak kreditləri – 30.6% (7,978.8 mln. manat) və
ııı) ipoteka kreditləri – 15.7% (4,097 mln. manat).