2025-ci ilin ilk yarısında qeyri-faiz xərcləri ən çox olan banklar məlum olub.
Bankların 30 iyun 2025-ci il tarixinə olan maliyyə hesabatlarına əsasən, 10 bankın qeyri-faiz xərci 40 milyon manatdan çox olub.
Siyahıda 1-ci yerdə “Kapital Bank” ASC qərarlaşıb – 446 milyon 872 min manat.
İkinci ən yüksək qeyri-faiz xərci göstəricisi 284 milyon 339 min manatla “Azərbaycan Beynəlxalq Bankı”nda (ABB) ASC-də olub.
“PAŞA Bank” ASC-də isə bu göstərici 189 milyon 510 min manat təşkil edib.
“Unibank” KB ASC-də qeyri-faiz xərcləri 102 milyon 582 min manat, “Bank Respublika” ASC-də 63 milyon 754 min manat, “Xalq Bank” ASC-də isə 49 milyon 959 min manat təşkil edib.
Siyahının davamında “AccessBank” QSC (47 milyon 792 min manat), “Rabitəbank” ASC (47 milyon 789 min manat), “Yelo Bank” ASC (41 milyon 812 min manat) və “Bank of Baku” ASC (41 milyon 304 min manat) qərarlaşıb.
Ümumilikdə isə 4 bankın qeyri-faiz xərcləri 100 milyon manatdan, 19 bankın qeyri-faiz xərcləri isə 10 milyon manatdan yüksək olub. 3 bank üzrə bu xərclər 10 milyon manatdan az olub.