Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 23-ü bu il aprelin 1-nə olan vəziyyətə görə, nağd vəsaitlərinin ayrıca illik müqayisədə dinamikası barədə məlumat verib ki, bunlardan da 12-də müsbət, 11-də isə mənfi dinamika müşahidə edilib.
FED.az xəbər verir ki, ötən il nağd vəsaitlərini ən çox artıran banklar "Atabank" (8,2 dəfə), "NBC Bank" (4,3 dəfə), "Günay Bank" (2,8 dəfə) və "Amrah Bank"dır (2,2 dəfə).
Nağd vəsaitlərin ən aşağı dinamikası isə "Ziraat Bank Azərbaycan"da (2,3%) qeydə alınıb.
İl ərzində nağd vəsaitləri azalmış 11 bank arasında ən kəskin azalma Pakistan Milli Bankının Bakı filialında (48,8%), ən yumşaq azalma isə "Bank Respublika"da (3,4%) baş verib.
Nağd vəsaitlərinin dinamikasını açıqlamayan banklar "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank of Baku", "Express Bank", İran Milli Bankının Bakı filialı, "PAŞA Bank" və "Rabitəbank"dır.