Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu ilin yanvar-iyun aylarındakı faiz gəlirləri 100 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 3 bankın əməliyyat gəlirləri - 100 Milyon Manatdan Çoxdur
FED.az xəbər verir ki, bunlar "Kapital Bank" (215,843 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (202,225 milyon manat) və "PAŞA Bank"dır (105,038 milyon manat).
Qalan 23 bankdan 1-də faiz gəlirləri 50-100 milyon manat arasında, 15 bankda 10-50 milyon manat arasında, 6 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır. (Renkinq)