Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu ilin yanvar-iyun aylarındakı əməliyyat gəlirləri 100 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 15 bankın - Əməliyyat Gəlirləri Azalıb
FED.az xəbər verir ki, bunlar "Kapital Bank" (316,793 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (262,632 milyon manat) və "PAŞA Bank"dır (147,961 milyon manat).
Qalan 23 bankdan 4-də əməliyyat gəlirləri 50-100 milyon manat arasında, 14 bankda 10-50 milyon manat arasında, 4 bankda 1-10 milyon manat arasında, 1 bankda isə 1 milyon manatdan azdır. (Renkinq)